Zelenski ilk dəfə “sülh planı”nın bütün 20 bəndini açıqladı

14:16 24 Dekabr 2025

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə son qoymaq üçün hazırlanmış “sülh planı”nın bütün 20 bəndini açıqlayıb.

Sitat.info xəbər verir ki, sənəddə aşağıdakı müddəalar var:

1. Ukraynanın suverenliyinin təsdiqi.

2. Rusiya ilə Ukrayna arasında təmas xətti boyunca vəziyyətin monitorinqi və hücum etməmək paktının bağlanması.

3. Ukrayna üşün təhlükəsizlik zəmanətləri.

4. Sülh dövründə Ukrayna ordusunun 800.000 nəfərlik heyətlə məhdudlaşması.

5. ABŞ, NATO və Avropa Ukraynaya Şimali Atlantika Müqaviləsi Təşkilatının 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi. Rusiyanın yeni işğalı halında hərbi cavab və sanksiyaların bətpa edilməsi.

6. Rusiyanın Avropa və Ukraynaya hücum etməmək siyasətini zəruri qanunvericilikdə təsbit etməsi.

7. Ukraynanın Avropa İttifaqına üzvlük tarixinin müəyyən edilməsi, Kiyevə Avropa bazarına qısamüddətli çıxışın verilməsi.

8. Ayrıca bir investisiya müqaviləsilə Ukraynaının qlobal inkişaf paketinin formalaşdırılması.

9. Ukrayna üçün 800 milyard dollarlıq bir neçə bərpa fondunun yaradılması.

10. Ukrayna ilə ABŞ arasında sərbəst ticarət müqaviləsinin sürətləndirilməsi.

11. Ukraynanın qeyri-nüvə dövləti statusunun təmin edilməsi.

12. Zaporojye Atom Elektrik Stansiyasının güzəştə gedilməməsi. ABŞ-ın əsas rol oynadığı üçtərəfli idarəetmə təklifinə qarşı Kiyevin təklifi: ABŞ və Ukraynanın stansiyanı bərabər əsasda birgə idarə etmələri.

13. Məktəblərdə tolerantlığın, mədəniyyətlərarası anlaşmanın inkişaf etdirilməsinə, irqçilik və qərəzin aradan qaldırılmasına yönəlmiş təhsil proqramlarının tətbiqi.

14. Rusiya ordusu Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxır. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində "olduğumuz yerdə qalırıq" prinsipi tətbiq olunur.

Rusiya Ukraynanın Donetsk bölgəsindən çıxmasını tələb edir. ABŞ azad iqtisadi zona şəklində kompromis təklif edir. "Mövqeyimizdə qalmaq" barədə razılıq olmadığı təqdirdə, azad iqtisadi zona seçimi yalnız referendum yolu ilə mümkündür və bu zaman bütün sənəd təqdim edilməlidir.

1. Rusiya və Ukrayna müqavilələri zorla dəyişdirməməyi öhdələrinə götürürlər.

2. Rusiya Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə müdaxilə etmir, Kinburn burnu demilitarizasiya edilir.

3. Mülki şəxslərin, uşaqların və siyasi məhbusların qaytarılması ilə yanaşı, əsir mübadiləsi də həyata keçirilir.

4. Ukrayna müqavilə imzalandıqdan sonra mümkün qədər tez seçkilər keçirməyi öhdəsinə götürür.

5. Müqavilə hüquqi cəhətdən məcburi olur və onun icrasına nəzarət ABŞ prezidenti Donald Trampın sədrlik etdiyi Sülh Şurasına həvalə edilir.

6. Bütün tərəflər şərtlərlə razılaşdıqdan sonra tam atəşkəs dərhal qüvvəyə minir.



Xəbər xətti