Ermənistan Xarici İşlər Nazirliyi "Tramp Marşrutu" tikinti layihəsinin dəqiq başlama tarixini açıqlayıb.
Sitat.info Modern.az-a istinadən xəbər verir ki, Nazirlikdən bildirib ki, Zəngəzur dəhlizinin tətbiqinin praktik mərhələsi, o cümlədən tikintinin başlanması 2026-cı ilə planlaşdırılır.
Nazirlik həmçinin, Ermənistan-Amerika birgə müəssisəsi olan TRIPP şirkətinin Ermənistanda qeydiyyatdan keçəcəyini və yollar, neft və qaz boru kəmərləri və fiber-optik rabitə xətləri daxil olmaqla zəruri infrastrukturun inkişaf etdirilməsinə səlahiyyət veriləcəyini açıqlayıb.
Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR və ya "Orta Dəhliz") və Körfəz-Qara Dəniz Beynəlxalq Nəqliyyat Dəhlizi də daxil olmaqla regional əlaqənin inkişafına yönəlmiş əsas infrastruktur proqramlarını birləşdirəcək.