Zaxarovadan Azərbaycanın vurulan təyyarəsi ilə bağlı açıqlama

17:36 25 Dekabr 2025

Rusiya Qazaxıstan komissiyasının yaxın gələcəkdə Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı araşdırmasını başa çatdırması və faciə ilə bağlı bütün məsələlərin birgə həll olunmasını gözləyir.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Qazaxıstan komissiyasının yaxın gələcəkdə araşdırmasını başa çatdıracağını və birlikdə bu faciəli hadisə, bu faciə ilə bağlı qalan bütün sualları həll edəcəyimizi gözləyirik. Heç kimin buna şübhəsi olmamalıdır”, - o qeyd edib.

Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.



Xəbər xətti