Beyini qidalandıran, yaddaşı artıran qidalar bunlardır...

09:55 10 Fevral 2026

 Beyin üçün “yanacaq” düzgün qidalardır.

Sitat.info yaddaşı, diqqəti və öyrənmə qabiliyyətini dəstəkləyən ən faydalı qidaları təqdim edir. 

Yağlı balıqlar – skumbriya, siyənək, qızılbalıq omega-3 ilə zəngindir. Omega-3 beyin hüceyrələrinin quruluşu üçün çox vacibdir, yaddaşı və diqqəti gücləndirir.

Qoz – forması da beyinə oxşayır və bu təsadüfi deyil.  Qoz E vitamini və faydalı yağlarla beynin yaşlanmasını ləngidir, yaddaşı qoruyur.

Yumurta, xüsusən sarısı faydalıdır. Tərkibindəki xolin maddəsi yaddaş və öyrənmə prosesində rol oynayır.

Qaragilə və digər tünd giləmeyvələr – beyin hüceyrələrini qoruyan antioksidantlarla zəngindir, informasiyanı xatırlamağı asanlaşdırır.

Tünd şokolad – az miqdarda, 70% kakao və yuxarı olarsa faydalıdır. Beyində qan dövranını artırır, diqqəti və əhvalı yaxşılaşdırır.

Yaşıl yarpaqlı tərəvəzlər – ispanaq, kahı, brokoli. Fol turşusu və K vitamini beyin funksiyalarını dəstəkləyir.

Tam taxıllar – yulaf, qara çörək, qarabaşaq. Beyinə davamlı enerji verir, tez yorulmağın qarşısını alır.

Bal – təbii enerji mənbəyidir, zehni yorğunluğu azaldır. Amma ölçünü qaçırmamaq şərti ilə istifadə etmək lazımdır. 

Su – çox vacibdir.  Susuzluq diqqətin və yaddaşın zəifləməsinə səbəb ola bilər. Gün ərzində kifayət qədər su içmək beyin üçün şərtdir.

Vaxtında  və keyfiyyətli yuxu da beyin sağlamlığı, yaddaş və diqqətin pozulmaması üçün önəmlidir. 

Aytac,

Sitat.info

 



Xəbər xətti