“İran düşmənlərini çarəsizliyə sürükləyəcək, onların regiondakı bazalarını və imkanlarını məhv edəcək”.
Sitat.info xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian dövlət televiziyası vasitəsilə xalqa müraciətində bildirib.
O, xalqı ölkədə birliyi qorumağa çağırıb. Pezeşkian həmçinin Müvəqqəti Şuranın fəaliyyətə başladığını, lakin daimi liderin seçilməsinə qədər İranı idarə edəcəyini deyib.
İran Prezidenti ali lider Ayətullah Əli Xameneinin öldürülməsinin ölkə üçün böyük faciə olduğunu qeyd edib.