Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildirib.
Məlumata görə, Hakan Fidan Türkiyə hava məkanında zərərsizləşdirilmiş ballistik raketlə bağlı rəsmi Ankaranın reaksiyasını Əraqçiyə çatdırıb və münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı addımdan çəkinməyin lazım olduğunu bildirib.
Qeyd edək ki, İrandan atılan raket Türkiyənin hava məkanında zərərsizləşdirilib.