Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir - Nazir

14:09 6 Mart 2026

Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları ilə bağlı bütün tapşırıqlar Prezident tərəfindən verilib, diplomatik addımlar atılıb.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, həm nota verilib, həm telefon danışıqları aparılıb:

“Eyni zamanda, təhlükəsizlik tədbirləri Prezidentin nəzarəti altında ən yüksək səviyyədədir. Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir. Bütün müvafiq tapşırıqlar da verilib”.



Xəbər xətti