Tərtər rayonunda qadın doğuş zamanı ölüb.
Hadisə martın 12-si saat 23 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Hacıqərvənd kənd sakini Röya Zahid qızı Allahverdiyeva doğuş zamanı vəfat edib.
Yenidoğulan körpənin həyatını xilas etmək mümkün olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.