Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sitat.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralının şəhərdən keçən hissəsində baş verib.
İlkin məlumata görə, qəzada 1960-cı il təvəllüdlü Bəxtiyar Həsənov, 2001-ci il təvəllüdlü Lalə Məhərrəmova və 2025-ci il təvəllüdlü Ramal Məhərrəmov xəsarət alıb. Yaralılar Gəncədəki xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
///Qafqazinfo