İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti son 24 saat ərzində İran ərazisində genişmiqyaslı hücumların həyata keçirildiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, məlumata görə, İsrail ordusu İranın qərb və mərkəzi bölgələrində yerləşən 200-dən çox hədəfə zərbə endirib.
Hədəflər arasında əməliyyatçıların yerləşdiyi komanda mərkəzləri, hava hücumundan müdafiə sistemləri, silahların saxlanıldığı anbarlar və silah istehsalı müəssisələri olduğu bildirilib.