Təqaüdçülərə kömək etmək adı altında yaxınlaşaraq onların kartlarını talayan şəxs saxlanılıb.
Sitat.info xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı Emin Səlimov saxlanılıb.
Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində Cinayət işi başlanılıb.
E.Səlimovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.