Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Vaşinqtonla birbaşa əlaqələrin bərpa olunması ilə bağlı yayılan məlumatları təkzib edib.
Sitat.info xəbər verir ki, bu barədə nazir “X” hesabında bildirib. ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof ilə onun son təması ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından əvvəl baş verib.
“Cənab Stiv Uitkof ilə son əlaqəm onun təmsil etdiyi tərəfin İran üzərinə növbəti qeyri-qanuni hərbi hücumla diplomatiyanı məhv etmək qərarından əvvəl olub. Əksinə iddialar yalnız neft treyderlərini və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”, - deyə, Əraqçı vurğulayıb.
Aytac,
Sitat.info