Masazırda iki qadın qətlə yetirildi

12:30 11 Aprel 2026

Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.
 
Sitat.info "Report"a istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
 
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
 



Xəbər xətti