Bakı–Tbilisi qatarı region turizmini canlandıracaq: Xarici turistlər üçün ortaq marşrutlar gündəmdə...

18:05 20 May 2026

Xəbər verdiyimiz kimi, 26 maydan etibarən Bakı–Tbilisi –Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyətinin bərpası nəzərdə tutulur ki, bu da region turizmi və iqtisadi əlaqələr baxımından yeni imkanlar yaradacaq. Xüsusilə də xarici turistlərin Azərbaycan və Gürcüstanı ortaq marşrut kimi seçməsi hər iki ölkəyə turist axınının artmasına səbəb ola bilər. Mütəxəssislər hesab edir ki, bu addım həm turizm sektoruna, həm də xidmət sahələrinə ciddi töhfə verəcək.

Mövzu ilə bağlı Sitat.info-ya danışan millət vəkili Əlibala Məhərrəmov bildirib ki, bu marşrut uzun müddətdir gözlənilən regional turizm layihələrindən biridir. 

Onun sözlərinə görə, xüsusilə Ərəbistan ölkələrindən və Avropadan gələn turistlər artıq Azərbaycan və Gürcüstanı vahid turizm paketi kimi seçə biləcəklər:

Rəsmi Bakı hansısa ölkə ilə təmaslarını heç vaxt 3-cü tərəfə yönəltmir” –  Əlibala Məhərrəmzadə

“Ərəbistandan, Avropadan gələn turistlər həm Gürcüstanı, həm Azərbaycanı ortaq marşrut edə bilərlər. Bu ortaq marşrut çoxdan arzu olunan hallardan biri idi. Misal üçün turistlər üç gün Gürcüstanda, dörd gün Azərbaycanda qalırlar və yaxud əksinə. Bu özü çox səmərəli paketə çevrildi”.

Millət vəkili qeyd edib ki, dəmir yolu əlaqəsinin bərpası hotellər, restoranlar, nəqliyyat və xidmət sektorunda da canlanma yaradacaq. Onun fikrincə, sərnişin axınının artması ölkəyə daxil olan turizm gəlirlərinə müsbət təsir göstərəcək.

Nigar,

Sitat.info




Xəbər xətti