ŞOK İDDİA! İranla razılaşması üçün Trampa təzyiq edilir

11:16 21 May 2026

ABŞ prezidenti Donald Trampa İranla razılığa gəlməsi üçün yaxın çevrəsi tərəfindən təzyiq göstərildiyi iddia edilib.

Sitat.info xəbər verir ki, İsrailin Kanal 13 televiziyası bu barədə məlumat yayıb.

Məlumata görə, ABŞ ilə İran arasında diplomatik danışıqlar davam etsə də, Tel-Əvivdə Trampın hücumları yenidən başlatmağa meylli olduğu düşünülür.

Xəbərdə bildirilir ki, Tramp İranla bağlı qərar verməyə tələsmədiyini açıqlasa da, bəzi Körfəz ölkələri və yaxın iş komandası onu Tehran rəhbərliyi ilə razılaşmaya getməyə çağırır.

Kanal 13-ə danışan adı açıqlanmayan israilli yüksək vəzifəli şəxs Vaşinqton ilə Tehran arasında daimi razılığın yalnız Trampın güzəştə getməsi halında mümkün olacağını bildirib. O, həmçinin İrana hücum variantının hələ də gündəmdə olduğunu deyib.

Həmin mənbənin sözlərinə görə, Trampın İranla bağlı mümkün hücum qərarını yaxın günlərdə verməsi gözlənilir və böhranın istiqaməti qısa zamanda bəlli olacaq.  İsrail rəhbərliyi daxilində Trampın yenidən hərbi variantı seçə biləcəyini ehtimal edənlər üstünlük təşkil edir. Bu səbəbdən İsrail ordusunun ən yüksək hazırlıq vəziyyətinə gətirildiyi vurğulanıb.

İsrail mediası daha əvvəl Tramp ilə İsrailin Baş naziri Benjamin Netanyahu arasında mayın 19-da İran məsələsi ilə bağlı uzun və gərgin telefon danışığı olduğunu yazmışdı.

Həmçinin İsrail dövlət televiziyası  KAN  ABŞ və İsrail ordularının İrana mümkün yeni hücumlarla bağlı birgə hazırlıqları tamamladığını iddia edib. Media orqanlarında ABŞ və İsrailin bu həftə İran əleyhinə hərbi əməliyyatlara hazırlıq apardığı barədə xəbərlər də yayılıb. 

Səid,

Sitat.info



Xəbər xətti