ABŞ İranla bağlı qərarını açıqladı: Diplomatiyaya şans veriləcək

11:31 25 May 2026

Bu gün ABŞ dövlət katibi Marko Rubio İranla bağlı açıqlamasında Vaşinqtonun diplomatik həll variantına üstünlük verdiyini bildirib.

Sitat.info-nun məlumatına görə, Rubio deyib ki, hazırda masada Hörmüz boğazının açılması və nüvə məsələləri üzrə “real, əhəmiyyətli və vaxt məhdudiyyəti olan” danışıqlar üçün ciddi imkan mövcuddur.

Onun sözlərinə görə, bu təşəbbüs həm Körfəz regionunda, həm də beynəlxalq səviyyədə geniş dəstək qazanıb.

ABŞ dövlət katibi əlavə edib ki, prezident Donald Tramp tələsmir və Vaşinqton zəif və ya əlverişsiz razılaşmanı qəbul etməyəcək. “Prezident pis razılaşmaya getməyəcək. Görək nə baş verəcək”, — deyə Rubio vurğulayıb.

O qeyd edib ki, ABŞ alternativ addımları nəzərdən keçirməzdən əvvəl diplomatiyaya uğur qazanmaq üçün bütün imkanları verəcək.

Aytac,

Sitat.info 



Xəbər xətti