Xəbər verdiyimiz kimi jurnalist Anar Məmmədov "Maga Rza" adlı şəxsin vatsap sosial şəkəsində qrup yaradaraq onu maska taxaraq kamera olmayan yerdə döyəcəyi ilə bağlı paylaşım etmişdi.
O bildirmişdi ki, həmin şəxs Dövlət Sərhəd Xidmətinin əməkdaşıdır.
Bunun ardından özünü "Maga Rza" ləqəbi ilə təqdim edən şəxs (Ad və soyadını təqdim etmədi) Sitat.info-nun redaksiyasına zəng edərək, mövqeyini bildirib:
"Akkor"dun binasında yaşayırıq. Vatsap qrupumuz var, orada söhbət gedərkən mən də fikir bildirdim. O sözü yumor məqsədi ilə yazdım. Anar deyir ki, mən DSX-nın əməkdaşıyam, yalan məlumatdır".
Anar Məmmədov isə saytımıza vəziyyəti belə izah etdi: "Akkord"da bir qrup sakin özbaşına dəmiryolun ərazini zəbt etmişdilər. Orada həm yanğın təhlükəsizliyi var idi, həm də dövlət əhəmiyyətli yerdir, dəmiryolun mühafizə zolağıdır.
Jurnalist kimi bu məsələni işıqlandırdım. Daha sonra sakinlər mənə hücuma keçdi. Burada söhbət təkcə "Maga Rza"dan getmir. Bu barədə isə Azərbaycan Dəmiryol İdarəsinə məktub yazıb da yazdım. İdarə gəlib, dirəklər basdırdılar, yəqin bayramdan sonraya dəmirbarmaqlıqlar çəkiləcək. Bu barədə polisə də izahat vermişəm. Buna görə bu sakinlər məni bu cəhdimdən çəkindirmək istəyirlər. Məsələ budur..."
Anar Məmmədov zəbt edildiyi iddia edilən ərazinin fotolarını göndərdi.
Təqdim edirik:
Aytac,
Sitat.info