Xırdalanda binanı yandırmaq istədilər - VİDEO

11:24 8 İyun 2026

Xırdalan şəhərində yerləşən yaşayış binalarından birində yanğın törətməyə cəhd edildiyi iddia olunur.

Sitat.info-nun əldə etdiyi məlumata görə, naməlum şəxslər yandırılmış dəsmalı binanın şaxtasına atıblar. Nəticədə şaxtadakı elektrik naqilləri alışaraq yanğın təhlükəsi yaradıb. Hadisə vaxtında aşkar edildiyindən alovun genişlənməsinin və mümkün faciənin qarşısı alınıb.

Məlumata əsasən, hadisənin baş verdiyi bina "Xələfli" MTK-ya məxsusdur.

Sakinlər baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. 

Həmin videonu təqdim edirik:

Aytac,

Sitat.info



Xəbər xətti