Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir

11:29 26 İyun 2026

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Xankəndi şəhərində hərbi yürüş keçirilir.

Yürüş şəhərin mərkəzi küçəsindən başlayaraq şəhərin çıxışınadək davam edib.

Tədbir hərbi orkestrin müşayiəti ilə start götürüb.

Hərbi qulluqçular nizamlı keçidlə şəhər sakinləri və qonaqlar qarşısında yürüş ediblər. Tədbir zamanı Azərbaycan Ordusunun peşəkarlığı, yüksək döyüş hazırlığı və zəngin hərbi ənənələri nümayiş olunub.

 



Xəbər xətti