Putin Moskvada Rusiya rəsmiləri və aparıcı enerji şirkətlərinin rəhbərləri ilə yanacaq bazarındakı vəziyyətlə bağlı görüşün açılışında çıxış edib.
Sitat.info xəbər verir ki, o, bir neçə gün əvvəl hökumət üzvləri ilə daxili yanacaq bazarındakı vəziyyəti ətraflı müzakirə etdiklərini bildirib.
"Terror hücumlarının infrastruktur obyektlərinə təsiri minimuma endirilməlidir" - deyə Kreml rəhbəri qeyd edib.
Putin vətəndaşlara, müəssisələrə və sosial əhəmiyyətli təşkilatlara fasiləsiz və sabit yanacaq təchizatını təmin etmək üçün əlavə addımların nəzərdən keçirilməsinə çağırıb.
O, böyük neft emalı zavodlarının maksimum gücdə işlədiyini və orta və kiçik müəssisələrin də istehsalda iştirak etdiyini qeyd edib. Həmçinin davam edən təmir işlərinin müddətinin qısaldıldığı və planlaşdırılan təmir işlərinin təxirə salındığını deyib.
Putin bazara tədarük edilən yanacağın miqdarının artırılmalı və qiymətlərin iqtisadi cəhətdən məqbul səviyyədə saxlanılmalı olduğunu, eləcə də daxili istehlakçıları qorumaq üçün benzin və aviasiya yanacağının ixracının müvəqqəti olaraq qadağan edildiyini bildirdi.
Putin dizel yanacağı ixracına tamamilə qadağa qoyulmasının da nəzərdən keçirildiyini bildirib: "Əvvəllər yaradılmış yanacaq ehtiyatları daxili bazara təqdim edilib, lakin bu ehtiyatlardan istifadə etməyə başlasaq da, sürücülər və müəssisələr üçün problemlər qalmaqdadır. Təəssüf ki, yanacaqdoldurma məntəqələrində növbələr var və tələb olunan benzin növü həmişə mövcud olmur".
Putin qeyd edib ki, Rusiyada benzin ehtiyatları 1,7 milyon ton təşkil edir ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz azdır. Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları səbəbindən çoxsaylı obyektlər təmir üçün bağlanıb və kənd təsərrüfatı sektorunda və yay mövsümündə artan tələbat səbəbindən Moskva və Sankt-Peterburq da daxil olmaqla təxminən 20 bölgədə yanacaq satışı məhdudlaşdırılıb.
Aytac,
Sitat.info