Gəncədə 22 yaşlı qızın meyiti tapıldı

11:45 8 İyul 2026

Gəncədə gənc qızın meyiti aşkarlanıb.

Sitat.info xəbər verir ki, hadisə şəhərin DOST-6 yaşayış massivində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü S. Sadıqovanın meyiti yaşadığı evdə aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Gənc qızın ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti