Azərbaycanlı futbolçu “Herta” ilə müqavilə imzaladı

17:33 9 İyul 2026

Azərbaycanlı futbolçu Raul Süleymanov Almaniyanın “Herta” klubu ilə yeni müqavilə imzalayıb.

Sitat.info xəbər verir ki, bu barədə 16 yaşlı hücumameyilli yarımmüdafiəçi özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Azərbaycanın U-21 millisinin üzvü II Bundesliqa təmsilçisi ilə ilk peşəkar sözləşməsinə imza atıb.

Qeyd edək ki, Raul Süleymanov 2022-ci ilin yayından “Herta”nın akademiyasında çıxış edir.



Xəbər xətti