Milli Onkologiya Mərkəzi 35 milyonluq tender elan etdi

17:41 9 İyul 2026

Milli Onkologiya Mərkəzi kimyəvi dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının satın alınması ilə bağlı açıq tender elan edib.

Sitat.info Oxu.Az-a istinadən xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 35 milyon 486 min 417 manat təşkil edir.

Müvafiq sənədə əsasən, satınalma çərçivəsində kimyəvi dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının alınması nəzərdə tutulur.



Xəbər xətti