İyulun 9-da müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar və Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.
Sitat.info xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.
Qeyd olunub ki, "Baykar" şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır və həyata keçirilən birgə layihələr ölkələrimiz arasında mövcud olan tərəfdaşlığın inkişafına mühüm töhfələr verir.