Venesuelada zəlzələ qurbanlarının sayı 3 899-a çatdı

09:36 10 İyul 2026

Venesuelada iyunun 24-də baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələdə həyatını itirənlərin sayı 3 min 899-a yüksəlib, 16 min 740 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, rəsmilərin məlumatına görə, 86 mindən çox ailəyə humanitar yardım çatdırılıb, minlərlə ailə isə müvəqqəti çadır düşərgələrində yerləşdirilib.

Pan Amerika Səhiyyə Təşkilatı ölkədə fövqəladə vəziyyətin davam etdiyini və səhiyyə sahəsində risklərin yüksək olduğunu bildirib. Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna edilmir.

Aytac,

Sitat.info



Xəbər xətti