Rusiyada yanacaq böhranı - Sankt-Peterburqda növbələr yarandı

10:15 10 İyul 2026

Rusiyanın Sankt-Peterburq şəhərində yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, bəzi məntəqələr isə fəaliyyətini dayandırıb.

Sitat.info xəbər verir ki, məlumata görə, vəziyyət Ukraynanın son vaxtlar neft obyektlərinə endirdiyi zərbələrdən sonra yaranıb.

Bir çox yanacaqdoldurma məntəqəsində nasosların üzərinə "işləmir" xəbərdarlığı vurulub, dizel yanacağının satışı isə 60 litrlə məhdudlaşdırılıb. Sürücülər yanacaq tapmaq üçün şəhər üzrə bir neçə məntəqəni gəzməli olduqlarını bildirirlər.

Rusiya rəsmiləri yaranmış problemin nə vaxt aradan qaldırılacağı ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Aytac,

Sitat.info 

 



Xəbər xətti