"Qaradağ Şüşə Zavodu" özəlləşdirildi

17:13 10 İyul 2026

"Qaradağ Şüşə Zavodu" ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə bu ilin mayın 19-da yekun vurulub.
 
Bu barədə Sitat.info-ya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, həmin tarixdə müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, təqdim olunmuş təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən "Nort Vest Konstrakşn" MMC investisiya müsabiqəsinin qalibi elan edilib. Müsabiqə qalibi İnvestisiya Proqramı çərçivəsində şüşəəritmə sobasının və şüşə istehsalı avadanlıqlarının, eləcə də sexlərin əsaslı təmiri və yenidən qurulması, yeni istehsal xətlərinin, şüşəformalaşdırma avadanlıqlarının alınaraq quraşdırılması, həmçinin elektrik enerjisi, qaz təchizatı, su və kanalizasiya sistemləri üzrə infrastruktur təminatının yaxşılaşdırılması kimi öhdəlikləri həyata keçirməlidir.
 
"Nort Vest Konstrakşn" MMC tərəfindən investisiya qoyuluşu nəticəsində müəssisədə 200 yeni iş yerinin yaradılması planlaşdırılır.
 
Qeyd edək ki, dövlət müəssisələrinin investisiya müsabiqələri əsasında özəlləşdirilməsi iqtisadi aktivlərin dövriyyəyə qaytarılmasına, istehsalın yenilənməsinə və sahibkarlıq subyektlərinin sənaye sahələrinə daha fəal cəlb olunmasına xidmət edir.



Xəbər xətti