Qətərdən Tehrana kritik missiya: ABŞ-İran gərginliyini azaltmaq üçün danışıqlar başlayır

17:50 10 İyul 2026

Qətərdən olan vasitəçilər ABŞ və İran arasında artan gərginliyi azaltmaq məqsədilə İranın paytaxtı Tehrana səfər ediblər.

 

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, Qətər nümayəndə heyəti Vaşinqton və Tehran arasında texniki danışıqların bərpası və daha genişmiqyaslı müzakirələrin davam etdirilməsi məqsədilə İran rəsmiləri ilə görüşlər keçirəcək.

 

Məlumata görə, danışıqlar ABŞ ilə koordinasiyalı şəkildə aparılır.

 

 

Bildirilir ki, görüşlərin əsas mövzuları ABŞ-İran arasında imzalanmış memorandumun icrası, son vaxtlar iki ölkə arasında artan gərginlik, eləcə də Hörmüz boğazında yaranmış gəmiçilik və naviqasiya problemləri olacaq.

 

Xatırladaq ki, ABŞ və İran arasında müharibənin dayandırılması məqsədilə iyunun 14-də İslamabad Memorandumu imzalanmış, tərəflər yekun razılaşmanın əldə olunması üçün 60 günlük danışıqlar müddəti müəyyən etmişdilər.

 

Lakin ABŞ ordusunun iyulun 8-də İrana qarşı yeni hücumlara başlamasından sonra Tehran da cavab olaraq regiondakı ABŞ hərbi bazalarını hədəfə almağa başlayıb.

///Azxeber.com



Xəbər xətti