Rusiya Silahlı Qüvvələri gecə saatlarında Kiyev və Odessa vilayətində yerləşən hərbi obyektlərə kütləvi raket və pilotsuz uçuş aparatı zərbələri endirib.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücumlar uzaq mənzilli yüksək dəqiqlikli yer və hava əsaslı silahlar, eləcə də hücum dronları ilə həyata keçirilib.
Nazirliyin açıqlamasına əsasən, zərbələrin hədəfi Kiyevdə uzun və orta mənzilli pilotsuz uçuş aparatlarının istehsal edən hərbi-sənaye obyektləri olub.
Məlumatda həmçinin qeyd olunub ki, Odessa, Çornomorsk və Odessa vilayətinin İzmail şəhərində hərbi yüklərin, yanacaq və sürtkü materiallarının daşınması və saxlanması üçün istifadə edilən liman infrastrukturu obyektləri də vurulub.
Rusiya Müdafiə Nazirliyi əməliyyat zamanı nəzərdə tutulan bütün hədəflərin vurulduğunu iddia edib. Ukrayna tərəfi isə hələlik bu açıqlamaya münasibət bildirməyib.
Aytac,
Sitat