ABŞ Prezidenti Donald Tramp gündəmdə olan məsələlərlə bağlı açıqlamalar verib.
Sitat.info xəbər verir ki, ABŞ ordusuna ölkə tarixində ən böyük investisiyaların yatırıldığını bildirən Tramp çıxışında İran, Venesuela, enerji bazarları və Ağ Evdə həyata keçirilən yeni layihə ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
İranla yaşanan gərginliyə toxunan Tramp bildirib ki, Tehran rəhbərliyi razılaşma əldə etmək istəyir, lakin hələ buna hazır deyil.
"İran çox ağır zərbələr alır və razılaşma əldə etmək istəyir. Ancaq mən hesab edirəm ki, onlar hələ razılaşma üçün hazır deyillər. Çünki hər dəfə razılaşma əldə olunanda, onun bütün şərtlərini dəyişmək istəyirlər. Hələ hazır deyillər, amma çox yaxın zamanda hazır olacaqlar", – deyə Tramp bildirib.
Aytac,
Sitat.info