Yaponiyanın Kyuşu adasında iyulun 28-də baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.
Bu barədə zəlzələdən ən çox zərər çəkən Kumamoto prefekturasının administrasiyası məlumat yayıb.
Məlumata görə, 23 nəfər ağır xəsarətlərlə xəstəxanalarda müalicə olunur.
Kumamoto prefekturasında evlərinə qayıda bilməyən təxminən 6,6 min sakin müvəqqəti sığınacaqlarda yerləşdirilib. Zəlzələ nəticəsində 18 mindən çox tikiliyə ziyan dəyib.
Güclü istilər, havanın temperaturunun gün ərzində 40 dərəcəyə çatması dağıntıların aradan qaldırılması işlərini çətinləşdirir.
Kumamotoda elektrik enerjisinin verilişi bərpa olunub. Bununla belə, 36 mindən çox ev təsərrüfatında su təchizatı hələ də yoxdur. Su hərbi bölmələrin sisternləri vasitəsilə əhaliyə çatdırılır.apa