Bu gün İranın Kerman əyalətinin Qolbaf bölgəsində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.
Sitat.info-nun İran mediasına istinadən məlumatına görə, səhər saat 03:07-də meydana gələn yeraltı təkanların episentri 8 kilometr dərinlikdə qeydə qalınıb.
Hazırda təbiət hadisəsi nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.
Aytac,
Sitat.info