İsmayıllıda ağır qəza: 4 nəfər yaralandı

19:10 23 Avqust 2026

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb.

Belə ki, "Niva" və "Hunday" markalı avtomobillərin toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hadisənin başvermə səbəbləri araşdırılır/Report



Xəbər xətti