Hörmüz boğazında neft tankerinə hücum olub  

10:40 27 Avqust 2026

Bu gün Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazında neft tankerinə naməlum mərmi ilə hücum edildiyini bildirib.

Sitat.info xəbər verir ki, UKMTO-dan naməlum mərminin zərbəsi nəticəsində tankerin göyərtəsində yanğın başladığı bildirilib. 

Yanğının söndürüldüyü və gəminin bütün heyət üzvlərinin təhlükəsiz olduğu bildirilib.

Hadisə nəticəsində ətraf mühitə mümkün ziyanla bağlı hələlik hər hansı məlumat verilməyib.



Xəbər xətti