Nepal hökuməti daşqınlar nəticəsində 360 nəfərin öldüyünü, təxminən 1400 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
****
Nepalda baş verən güclü sel və daşqınlar nəticəsində ölənlərin sayı 270-ə yüksəlib.
Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, Nepal polisi bildirib ki, avqustun 26-da ölkənin bir sıra bölgələrində baş verən güclü sel və daşqınlar nəticəsində yüzlərlə insan həyatını itirib. Fəlakət nəticəsində çox sayda yaşayış məntəqəsi, yol və körpü dağılıb.
Xilasedicilər itkin düşən şəxslərin axtarışını davam etdirirlər. Yüzlərlə insanla, o cümlədən xarici turistlərlə hələ də əlaqə saxlamaq mümkün deyil.
Məlumata görə, fəlakətə Himalay dağlarında buzlaq və qaya kütləsinin çökməsi nəticəsində yaranan güclü selin səbəb olduğu bildirilir. Xilasetmə və axtarış əməliyyatları davam edir.
Aytac,
Sitat.info