Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında ölkəyə dronlar və ballistik raketlərlə birləşmiş hücumlar həyata keçirdiyini bildirib.
Sitat.info xəbər verir ki, Zelenskinin sözlərinə görə, hücumlar zamanı Poltava, Sumı və Xerson vilayətlərində kritik infrastruktur obyektləri vurulub. Xarkov vilayətində yaşayış binalarının hədəf alındığı, Kramatorskda isə idarəolunan aviasiya bombasının yaşayış binasına düşdüyü bildirilib.
Zelenski Zaporojyedə 3, Krivoy Roqda isə 2 nəfərin yaralandığını qeyd edib. Onun sözlərinə görə, Odessada yaşayış binası vurulub, Kiyev vilayətinin Çubınskoye qəsəbəsində isə dron hücumlarından sonra müəssisələrdə baş verən yanğınların söndürülməsi üçün yanğınsöndürənlər cəlb edilib.
Zelenski Rusiyanın raketlərdən istifadə etməklə müharibəni genişləndirməyə çalışdığını deyib.
O, Avropadakı müttəfiqlərin Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul etdiyini qeyd edib və əlavə ballistik raketdən müdafiə sistemlərinin Kiyevə çatdırılmasının vacib olduğunu vurğulayıb.
Nigar,
Sitat.info
Aytac,
Sitat.info