Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna böhranının həlli ilə bağlı sülh danışıqlarına açıq olduğunu bildirib.
Sitat.info xəbər verir ki. Peskov Moskvada jurnalistlərə açıqlamasında ABŞ-la Ukrayna məsələsi üzrə işçi səviyyədə təmasların davam etdiyini deyib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya sülh danışıqlarına açıqdır. O, Ukrayna və Rusiya nümayəndə heyətlərinin sentyabrda görüşəcəyi barədə məlumatının olmadığını deyib.
Peskov Rusiyanın NATO ölkəsinə hücum edə biləcəyi ilə bağlı iddiaları da rədd edib.
Onun sözlərinə görə, Rusiya Ukraynada məqsədlərinə sülh yolu ilə çatmaq istəyir, lakin bu mümkün olmadığı üçün hərbi əməliyyat davam edir.
Peskov həmçinin Rusiyanın təhlükəsizliyini və maraqlarını qoruduğunu, Avropa ölkələrinin isə Rusiyaya qarşı “aqressiv siyasət” apardığını bildirib.
O, dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsini qanunsuz adlandıraraq buna qarşı tədbirlər görüləcəyini söyləyib.
Nigar,
Sitat.info