Kreml neft sənayesini hücumdan qorumağın yollarını axtarır: Rus nefti Qazaxıstanda emal olunacaq

15:34 27 Avqust 2026

Qazaxıstan və Rusiya Rus neftinin Qərbi Qazaxıstandakı Kondensat Neft Emalı Zavodunda emal olunması barədə razılığa gəlib.

Sitat.info xəbər verir ki, razılaşmaya əsasən, emal olunan neft məhsullarının təxminən 30 faizi Qazaxıstanın daxili bazarında qalacaq, qalan hissəsi isə Rusiyaya göndəriləcək.

Neft zavoda dəmir yolu ilə daşınacaq. Rus neftinin zavoda tədarükünün yaxın vaxtlarda başlaması gözlənilir.

Qeyd edək ki, Ukrayna son dövrlərdə Rusiyanın neft emalı zavodlarına və enerji obyektlərinə dron hücumlarını artırıb. Bu, Rusiyada bəzi zavodların işinə və neft emalına təsir göstərir. Buna görə Rusiya neftinin bir hissəsini Qazaxıstanda emal etdirmək istəyir. Qazaxıstan üçün də bu, zavodun daha çox işləməsi və əlavə gəlir əldə etmək imkanıdır. Yəni sadə desək, Rusiya Ukraynanın zavodlara hücumları fonunda alternativ emal imkanları axtarır.

Seymur,

Sitat.info



Xəbər xətti