Bu ölkədə yaşa görə pensiya 4 dəfə artırılır

15:50 28 Avqust 2026

Macarıstan hökuməti yaşa görə verilən minimum pensiyanın dörd dəfədən çox artırılması ilə bağlı qərar qəbul edib. 

Sitat.info xəbər verir ki, bunu Baş nazir Peter Magyar “YouTube” kanalında yayımlanan videomüraciətində açıqlayıb.

“Öhdəliklərimizə uyğun olaraq, yaşa görə minimum pensiyasını 1 yanvar 2027-ci il tarixindən etibarən 120.000 forint (təxminən 653 AZN) səviyyəsinə qaldırırıq. Yüz minlərlə yaşlı həmvətənimiz üçün bu, ödənişlərin əhəmiyyətli dərəcədə artması, bir çoxları üçün isə ikiqat artması deməkdir”, - Magyar bildirib.

O, yaşa görə minimum pensiyanın 2008-ci ildən bəri 28.500 forint (təxminən 154 AZN) səviyyəsində dəyişməz qaldığını xatırladıb.

Bundan əlavə, Baş nazir bildirib ki, reseptli dərmanlara ƏDV ləğv ediləcək və odun alışı zamanı ƏDV 27%-dən 5%-ə endiriləcək ki, bu da yüz minlərlə yaşlı macarın həyat şəraitini yaxşılaşdırılmasına kömək edəcək.//qafqazinfo 



Xəbər xətti