Bu ölkədə 9 milyona yaxın şəxsin məlumatları ələ keçirilib  

Bu ölkədə 9 milyona yaxın şəxsin məlumatları ələ keçirilib  
Dünya 05 Oktyabr 2026 14:19

Danimarkada Mərkəzi Əhali Qeydiyyat Sistemində (CPR) ciddi məlumat sızması baş verib.

Sitat.info xəbər verir ki, təxminən 8,8 milyon şəxsin adı, ünvanı və CPR nömrəsinin icazəsiz şəxslər tərəfindən ələ keçirildiyi bildirilir.

Məlumatlara görə, bir şirkətin sistemə qanuni giriş imkanından sui-istifadə edilib.

Hadisə ilə bağlı araşdırma başladılıb və şirkətin sistemə çıxışı dayandırılıb.

Danimarkanın Araşdırma, Təhsil və Rəqəmsallaşma naziri Kristina Egelund hadisəni “son dərəcə ciddi” adlandırıb.

Nigar,

Sitat.info