Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq!

Abşeron və Bakının bəzi ərazilərində su olmayacaq!
SOSİAL 06 Oktyabr 2026 16:56
Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.

Sitat.info xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Qeyd olunur ki, 07.10.2026-cı il tarixində səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq. 

"Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik", - məlumatda qeyd olunub.