Xırdalanda 13 mərtəbəli binanın üzərindəki tikinti dayandırıldı – “Dam örtüyü” adı ilə 2 mərtəbə tikilirmiş...
Xəbər verdiyimiz kimi, Xırdalan şəhərində, “Abşeron A1” MTK-ya məxsus, illər əvvəl sakinlərə təhvil verilmiş 13 mərtəbəli yaşayış binasında əlavə tikinti işləri aparılırdı.
Belə ki, "dam örtüyü" adı altında binanın üstündə daha 2 mərtəbə inşa olunurdu.
Sitat.info-nun məlumatına görə, artıq həmin tikinti tikinti dayandırılıb.
“Abşeron A1” MTK-ya məxsus binada aparılan tikinti işləri ilə bağlı yaranan narazılıqdan sonra məsələ aidiyyəti qurumların diqqətinə çatdırılıb.
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, tikinti işlərinin dayandırılması təmin olunub. Qurum əlavə tikintinin şəhərsalma norma və qaydalarına uyğunluğu ilə bağlı məsələnin araşdırıldığını bildirib.
Məğrur,
Sitat.info