Sərdar Cəlaloğludan sensasion açıqlama: "Qazaxıstanda prezident iqamətgahı içəridən yandırıldı"

20:45 10 Yanvar 2022

Sitat.info xəbər verir ki, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu "Reaksiya TV"-nin efirində Qazaxıstan hadisələrini təhlil edərkən səsləndirib.

O bildirib ki, bu hadisələr Putinin hazırladığı planın bir parçasıdır: Ümumiyyətlə, Putinin beynində "Qazaxıstanla bağlı İraq variantı var idi. Mən inanmıram ki, Rusiya oradan çıxsın. Bir şərtlə çıxa bilər ki, Qazaxıstanda rusların yaşadığı bölgələrə mədəni muxtariyyət verilsin. Ona görə də hər şey planlaşdırılmışdı. Tokaevin iqamətgahının yandırdılar. Ancaq məhz çöldən yox, içəridən. Ancaq içəridən yandırıldığı ilə bağlı  hər hansı videoya rast gəlmədik. Çünki özləri yandırdılar".

Sitat.info 



Xəbər xətti