" 5-6 il öncə ictimai çıxışlarda ətin qiymətinin qalxacağını, bunun səbəblərini söyləmişdik. O zaman ət 7-8 manat idi".
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədəki səhifəsində paylaşıb.
Onun sözlərinə görə, ətin bahalaşmasının səbəbləri aşağıdakılardır:
1) Hökumətin plansız pambıq sevdası örüş yerlərini, yem bazasını azaltdı;
2) İlin əvvəlində hökumət dizelin qiymətinin 34% artırmaqla aqrar sektorda dalğavari qiymət artımına strat verdi;
3) Yem qiymətləri 40-50% civarında bahalaşıb, yazıq fermer necə qiymət artırmasın;
4) Ümumiyyətlə, ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir, fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır, onlar da qiyməti qaldırmalı idilər ki, öz gündəlik xərclərini ödəsinlər;
5) Toyların bərpası, bayramlar təlabatı artırmağa başladı ki, bu da qiymətin bahalaşmasına təsir edən səbəblərdən biri oldu".
N.Cəfərlinin fikrincə, bu sistemlə, belə iqtisadi və idarəetmə modeli ilə qiymətlər daim artacaq, yeni sistemə keçid baş verməsə, bunun qarşısını almaq mümkünsüz olacaq"