Politoloq rus qoşunlarının qazaxlara etdikləri dəhşətdən danışdı - Sensasion açıqlama

14:44 15 Yanvar 2022

“Hazırda Qazaxıstanda anti-Rusiya və anti-Tokayev əhvalı o qədər dərinə işləyib ki, gələcəkdə mütləq fəsadları olacaq”

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Qazaxıstada baş verən hadisələrlə bağlı sensasiyalı iddialar səsləndirib.

O, modern.az-a açılamasında deyib ki, etirazçıların öldürülməsində Rusiya hərbi qüvvələri də iştirk edib: “Rusiya Qazaxıstanda öz istəklərinə nail ola bilmədi. Qazaxların vahid milli maraqlar ətrafında birləşməsi prosesi gücləndirib. Nazarbayevin dövründə xalq Rusiya ilə münasibətlərin qorunmasına səy göstərirdi, indi inanmıram ki, bu hal yaşansın. Ölkəyə Tokayevin simasında sülhməramlı qüvvələrin gətirilməsi çox böyük yanlışlıq idi. Ölkə üçün utancveririci hal sayıla bilər”.

 

 

Q.Hüseynli deyib ki, əslində Qazaxıstanda ayağa qalxan xalqı gülləbaran edən qüvvələr Rusiyanın xüsusi qoşun növləri olub: “İndi həlak olanlarının sayını çox az göstərirlər. Bəzi mənbələrdə ölənlərin minlərlə olduğunu qeyd olunur. Onların hamısı Rusiya qüvvələri tərəfindən xəbərdarlıq edilmədən açılan atəş nəticəsində həlak olub. Bu kimi halların yaşanması da qazax xalqı tərəfindən narazılıqlara səbəb olub.

Elə Tokayevin qoşunların tez çıxarılması ilə bağlı əmri də xalqın etirazı ilə olub. Hazırda Qazaxıstanda anti-Rusiya və anti-Tokayev əhvalı var. Bu əhval o qədər dərinə işləyib ki, gələcəkdə mütləq fəsadları olacaq. Yanlışlığı birinci edən Tokayev olub.

İndi baş verənlər 1986-cı ildə Almatıda Sovet İttifaqının “Alfa” qrupu tərəfindən dağıdılan, gülləbaran edilən Qazaxıstan hadisələrindən sonra rusların əli ilə görülmüş ikinci işdir. Bu qazax xalqının yaddaşına dərindən həkk olunub. Bu da qazaxları yeni formada davranmağa vadar edəcək”.

“AzPolitika.info”



Xəbər xətti