Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari

20:49 24 Yanvar 2022

Rusiya Ukrayna ilə birbaşa genişmiqyaslı hərbi qarşıduramaya girməyə bilər. Kiyev müharibəyə başladığı təqdirdə Kremlin bu ölkə ərzisində yerləşən bəzi obyektlərinə nöqtəvi zərbə endirməklə Ukraynanı iflic edə biləcəyi barədə ehtimallar səngimir.

Sitat.info xəbər verir ki, bu fikirləri Axar.az-a açıqlamasında rusiyalı hərbi-siyasi mütəxəssis Boqdan Polyulyax bildirib.

Onun sözlərinə əsasən, bir raket zərbəsi ilə Kiyev su anbarının bəndinin dağılacağı təqdirdə şəhərin bütün sol sahilləri su altında qalacaq:

“Kiyev SES-in dağılması nəticəsində su kütləsinin axını istər-istəməz bütün obyektlərdə "domino effekti" yaradacaq. Hər yeni dağılmış bəndlə bu effekt güclənəcək. Hər bir qırılmış bənddən sürətlə artan dalğa Dneperin sahillərində yerləşən bütün yaşayış məntəqələrini əhatə edəcək. Kremençuq bəndinin dağılması isə hündürlüyü 10 metrə çatan dalğanın yaranması deməkdir.

19 saatdan sonra su Zaporojye şəhərinə çatacaq. Hesablamalara görə, Dnepr bəndinin pozulmasından sonra bəzi yerlərdə suyun səviyyəsi 12 metrə qədər yüksələcək və 2-3 gün ərzində yavaş-yavaş aşağı düşəcək. Zaporojye vilayətində su basmış 49 yaşayış məntəqəsi olacaq. Onu da nəzərə almaq lazımdır ki, ərazilərin su basması Ukraynanın enerji sisteminin dağılmasına gətirib çıxaracaq. Bu o deməkdir ki, artıq bir neçə saatdan sonra Dnepr ətrafındakı bütün ərazidə və Ukraynanın əksər hissəsində elektrik enerjisi kəsiləcək.

Beləliklə, Dnepr bəndinin dağıdılması halında onlarla böyük şəhər qismən su altında qalacaq. Ölkədə bütün kommunikasiya xətləri kəsiləcəkdir. Ölkənin şərq hissəsində yerləşən Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin maddi-texniki təminatında problem yaranacaq. Texnogen obyektlərdə – neft və qaz kəmərlərində, kimya və digər müəssisələrdə baş verən çoxsaylı qəzalar isə faciəni daha da dərinləşdirəcək.

Qəzanın nəticələrinin aradan qaldırılması üçün təhlükəsiz rayonlarda mülki əhalinin evakuasiya və yerləşdirilməsinin təşkili üçün əraziyə bütün qüvvələr səfərbər olacaq - Milli Qvardiya, polis və Ukrayna Silahlı Qüvvələrinın bölmələrinin bir hissəsi.

Bir anlıq SES-dən məhrum olan ölkənin enerji sistemi çökəcək. Zaporojye AES də təhlükə altında qalacaq. Yaranmış şəraitdə Ukrayna hərbi əməliyyatlar apara bilməyəcək, iqtisadi və texnogen böhranın aradan qaldırılması üçün isə ona uzun müddət vaxt lazım gələcək”.



Xəbər xətti