Köçəryan yenidən Ermənistanın prezidenti olmaq istəmir

17:36 26 Yanvar 2022

Ermənistanın keçmiş prezidenti, “Hayastan” müxalifət blokunun rəhbəri Robert Köçəryan prezidentliyə namizədliyini irəli sürməyəcək. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, Paşinyanın komandasına ən yaxşı rəqib kimi Köçəryan göstərilsə də o, yenidən prezident seçilmək istəyində deyil.

Paşinyanın komandası prezidentliyə namizədini müəyyənləşdirib“Hayastan” fraksiyasından olan deputat Aqnessa Xamoyan “5-ci kanal”ın efirində deyib ki, hətta parlamentdə keçirilən brifinqlərdə də blokun nümayəndələri bu məsələ ilə bağlı müzakirələrin aparılmadığını, müvafiq qərarın verilmədiyini bildiriblər.

"Amma sonra bəzi KİV-lər manipulyasiya xarakterli başlıqlarla yazılar dərc etdilər ki, “Haystan” bloku guya Köçəryanın namizədliyini istisna etmir. Mövzu şişirdildiyi üçün bir daha deyirəm ki, Robert Köçəryan prezidentliyə namizəd olmayacaq", - Xamoyan deyib.



Xəbər xətti