G7-lər Rusiyanı bitirir, Ukrayna burada bir vasitədir - Sərdar Cəlaloğlu

12:18 18 İyul 2023

"G7 sammitində Rusiya ilə bağlı çox ciddi sənəd üzərində razılıq əldə olundu. Belə ki, Rusiya aktivləri Ukrayna müharibəsi başa çatana qədər dondurulacaq. Burada söhbət 150-160 milyard dollar aktivdən gedir. İkincisi Rusiyanın Ukraynaya təzminat ödəməsi mexanizmi hazırlanır. Müharibə nəticəsində Ukryanaya dəyən ziyanın ödənilməsini mərhələ-mərhələ necə həyata keçirəcəklərini müəyyən ediblər. Üçüncüsü,G7 dövlətləri Rusiyaya təzyiqi davam etdirəcək, yeni sanksiyalar veriləcək. Ən ciddi məsələlərdən biri Ukraynaya uzaqmənzilli silahların verilməsi, hərbi təyyarələrin verilməsidir. Rusiyanın əsas məqsədi budur ki, Ukraynaya bu silahlar verilməsin. G7 liderləri isə Ukraynanı məhz bu silahlarla təmin etməyi öz üzərinə götürüb. Uzaqmənzilli raket o deməkdir ki, Ukrayna Moskvanı, Sank-Peterburqu belə vura bilər". 

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. 

Partiya sədri bildirib ki, digər bir məsələ Ukraynada  silah istehsalı müəssisələrinin tikilməsi və Ukrayna əsgərlərinin NATO standartlarına uyğun hazırlanmasıdır: "Ukrayna müharibəyə hazırlanacaq. Müharibədən öncə Ukraynanın 20 min Sovet təcrübəsinə uyğun xidmət keçmiş 20 min əsgəri var idi, indi isə NATO standartları ilə təlim keçmiş 400 min əsgəri var". 

S.Cəlaloğlu qeyd ki, G7-lər Rusiyanı bitirir, Ukrayna burada bir vasitədir: "Necə ki, SSRİ-ni Əfqanıstanda bitirdilər, amma bu dövlətə silah verən, güc verən qüvvələr var idi". 

Nərgiz,

Sitat.info



Xəbər xətti