"Rusiya çox dikbaşlıq edərsə..." - Siyasi şərhçi

17:40 2 Avqust 2023

"Putinin Türkiyəyə səfəri gözlənilməz idi. Buna səbəb isə son zamanlar tərəflər arasında gərginliyin daha da artmasını göstərə bilərik. Putinin Türkiyəyə səfəri Ərdoğanın Putinə çox böyük jesti hesab olunur".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, bir çox dünya dövlətləri Beynəlxalq Cinayət Məhkəməsinin Putin haqqında çıxardığı həbs qərarını radifikasiya edib. Ərdoğan isə bu qərarı radifikasiya etməyib: "Bundan əlavə Putini öz ölkəsinə dəvət edib. Bu Ərdoğanın Putinə jesti olmaqla yanaşı, belə başa düşülür ki, Ərdoğan qərb dövlətləri ilə yarana biləcək ziddiyyətlərə də hazırdır. Şübhəsiz ki, Putin bunu qiymətləndirməlidir. Rusiyanın nüfuzunun aşağı düşdüyü bir zamanda, Putin başa düşməlidir ki, sanki Ərdoğan Putini okeanın dibindən çıxarmağa çalışır. Taxıl saziş, əsir mübadiləsi buna misaldır. Diqqət etsək görərik ki, Rusiya-Ukrayna müharibəsində neytral olan yeganə dövlətlərdən biri də Türkiyədir".

K.Novruzov açıqlamasında deyib ki, Səfərin gündəliyi aydındır: "Burada Taxıl sazişnin prespektivi, Ukranıya müharibəsinin gələcəyi müzakirə olunacaq, Ərdoğan növbəti dəfə öz vasitəçilik təklifini irəli sürəcək. Düşünürəm ki, Taxıl sazişi uzanacaq. Ərdoğan Putini bununla bağlı razı salacaq. Rusiya sazişin uzadılmaması ilə bağlı çox dikbaşlıq edərsə, bu bomeranq effekti verəcək və ən çox ziyan Moskıvanın özünə dəyəcək. Belə olduqda dünya bu dəfə deyəcək ki, Rusiya dünyanı aclıq təhlükəsi ilə qarşı-qarşıya qoyur. Putin bu addımı ataraq öz maraqlarının yerinə yetirilməsinə nail olmağa çalışır. Lakin bu çox davam edə bilməz. Rusiya Taxıl sazişinin uzadılması mövzusunda dikbaşlıq etməyə davam edərsə, onsuz da taxıl Ukraynanın hesabın daşınacaq və nəticədə Rusiya özünə mənfi imic yaratmış olacaq".

Siyasi şərhçi Türkiyənin vasitəçilik fəaliyyətindən də danışıb: "Türkiyə müharibənin əvvəllərindən sülh üçün çalışır. Buna səbəb kimi isə Ankaranın Moskva və Kiyev ilə kifayət qədər normal münasibətinin olmasını göstərə bilərik. Müharibə davam etdiyi təqdirdə neytral olan tərəflər belə tərəf tutmalı olur. Ərdoğan yaxşı bilir ki, Şərqi Avropada baş verənlər Qərbin oyunudur və Ərdoğan bu oyunu pozmağa çalışır. Son olaraq Türkiyə və Rusiyanın iqtisadi əlaqələri kifayət qədər güclüdür və Türkiyə öz partnyorunun zəifləməsini istəmir. Putinlə Ərdoğan arasındakı şəxsi dostluq münasibətlərini də nümunə göstərə bilərik. Lakin müharibənin ilk günlərinə nəzərən, Türkiyənin hazırda vasitəçilik imkanları daha azdır. Türkiyə müharibənin bitməsini istəyirsə, Qərb ilə əsasən də ABŞ-la danışıqlar aparmalı, ABŞ qarşısında öz siyasi iradəsini nümayiş etdirməlidir. Ancaq Türkiyənin bundan sonra buna nail ola biləcəyini düşünmürəm".

K. Novruzov qeyd edib ki, Ərdoğan bir müddət bundan əvvəl 2025-ci ildə Rusiyanın Qarabağdan çıxacağını qeyd etmişdi: "Zaxarova belə mənasız bir cavab verdi ki, Türkiyə tərəflərdən biri deyil, ona görə də bununla bağlı fikir bildirə bilməz. Ərdoğan uzun illərin siyasətcisidir. O bununla demək istəyib ki, proseslər bizim diqqətimizdədir və nələrin baş verdiyinin fərqindəyik. Şübhəsiz ki, Rusiya Ermənistan ilə birlikdə sülhməramlıların fəaliyyət müddətini uzatmağa çalışır. Ərdoğan bunun fərqində olduğunu da qeyd edib. Sənəddə 2025-ci il yazılıbsa sülhməramlılılar bu zaman ərazidən çıxmalıdır. Şübhəsiz ki, liderlərin görüşündə Cənubi Qafqaz məsələsi müzakirə olunacaq, Qarabağ məsələsi, Zəngəzur dəhlizinin açılması məsələsi də müzakirə oluna bilər".

Aytəkin

Sitat.info



Xəbər xətti