HƏMAS-ın İsrailə hücumu ilə başlayan münaqişənin bu gün bir ayı tamamlandı. Hücumu dəf edən İsrail ordusu Qəzzanı hədəflərə heç bir fərq qoymadan bombardman edib.
Hücumlarda indiyədək 10 mindən çox mülki vətəndaş həyatını itirib, bu rəqəmin 70 faizini qadın və uşaqlar təşkil edir. Qərb ölkələri son bir ayda İsrailə dəstək verdiklərini açıqlasa da, ən böyük dəstək supergüc ABŞ-dan gəldi.
Yaxın Şərqə üç təyyarədaşıyan gəmi göndərən Vaşinqton administrasiyası İsrailin quru əməliyyatını planlaşdırmaq üçün yüksək rütbəli hərbçilərini təyin etdi. ABŞ tərəfi İsrailin Qəzzaya hücumları zamanı artan mülki itkilərlə bağlı Tel-Əvivlə əlaqə saxlayıb. Netanyahu qeyd edib ki, atəşkəs yalnız girovların təhvil verildiyi təqdirdə əldə olunacaq.
New York Times qəzetindəki xəbərdə ABŞ, bir aydır davam edən İsrail-Həmas müharibəsi ilə Rusiyanın 2022-ci ilin fevralından bəri davam edən Ukraynaya müdaxiləsi arasında qalıb.
Ukraynanın ali hərbi komandiri, general Valeri Zalujnı ötən həftə qeyd edib ki, Ukrayna tərəfi də ABŞ-da keçiriləcək seçkilərə görə tərəddüd edir. Respublikaçıların mümkün qələbəsindən sonra Kiyev Amerika dəstəyinin geri çəkiləcəyi fikri ilə razılaşır.
İkinci müharibənin başlaması ilə ABŞ-ın “silah və kəşfiyyat təchizatçısı” kimi rolu Bayden administrasiyasının imkanlarını tükədib. Massaçusetsdən Nümayəndələr Palatasının üzvü Set Moulton deyib: “Tarixdən sübutlar var ki, ABŞ prezidentləri İsrail üzərində düşündükləri qədər təsirli deyillər”. Dörd il İraqda da əsgər kimi xidmət edən Moulton eyni vəziyyətin Ukrayna üçün də keçərli olduğunu qeyd edib.
Məlumdur ki, Baydenin prezidentliyi dövründə Yaxın Şərqdən daha çox Sakit okeana diqqət yetirib və Tayvan mövzusunda Çinlə fikir ayrılığı olub. Bayden rəhbərliyi əslində Yaxın Şərqdəki müharibələrə qarışmamağın tərəfdarı olub.
Hər iki müharibədə ABŞ faktiki olaraq bu sahədə fəal rol oynamır. ABŞ silah və kəşfiyyatla təmin etməklə yanaşı, Ukraynaya Rusiyanın müdafiə xətlərinə necə nüfuz etmək barədə fikirlər verir, İsrailə isə Həmas-ın nəhəng tunellərinin necə məhv edilməli olduğunu deyir. Bu vəziyyət əslində Vaşinqton administrasiyasını “qəribə” vəziyyətə salır.
Baydenin köməkçiləri deyirlər ki, prezident Netanyahunun mülki şəxslərə hücumlarını dayandırmaq istəməməsindən məəttəl qalıb. İsrail Qəzzaya hücumlarında 1000 kiloqrama qədər olan və şəhərlərdə heç vaxt istifadə edilməsi planlaşdırılmayan partlayıcılardan istifadə edir. ABŞ administrasiyası indi HƏMAS-a qarşı tunellərdə istifadə etmək üçün İsrailə daha çox “uyğun” bomba göndərmək istəyir. Qəzzada ölən və yaralananların sayının artması Baydenə təzyiqi artırır. Hətta Nümayəndələr Palatasındakı Demokratlar da atəşkəs üçün səslərini ucaldıblar.
Nərgiz Liftiyeva,
Sitat.info